ABŞ-ın sabiq prezidenti Donald Tramp həbs oluna bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York prokurorluğu sabiq prezidentin vergi əməliyyatlarını araşdırmağa başlayıb.

Belə ki, Trampa məxsus şirkətin sənədləri açılmış cinayət işi ilə bağlı araşdırmalara cəlb edilib. Əgər sənədlərdə Trampın vergi cinayətlərinə yol verdiyi müəyyən olunsa, keçmiş prezident həbs olunacaq.