Kipr Respublikasının (Yunan Kipri - Cənubi Kipr) prezidenti Nikos Anastasiadislə bağlı ölkə prokurorluğuna müraciət edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluğa müraciət edən şəxs ixtisasca psixoloq olduğunu ərizəsində qeyd edib.

Psixoloq müraciətdə alkoqol düşkünü olan prezident Nikos Anastasiadisin bu səbəbdən patoloji-psixi problemləri yarandığı barədə həyəcan təbili çalıb. O qeyd edib ki, prezidentin səhhətindəki bu problemlər dövlət idarəçiliyinə də siraət edib. N.Anastasiadisi sərt tənqid edən yunan psixoloq prokurorluqdan tədbir görülməsini tələb edib.

"Prezident ya müalicə olunsun, ya da istefa versin", - deyə müraciətdə vurğulanıb.