Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatına qarşı daha bir əməliyyat keçirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar "Eren Operasyonu" adlandırılıb.

Türkiyənin ümumilikdə 10 bölgəsində terrorçulara qarşı zərbələr endirilib. Ağrıdağ ətrafında PKK-nın qış sığınacaqları olan mağara və məntəqələr dağıdılıb. Terrorçuların istifadə etdiyi silah-sursat və digər ləvazimatlar, yaşayış üçün lazım olan müxtəlif vasitələr götürülüb.