İran XİN başçısı Məhəmməd Cavad Zərif ABŞ və Avropanı ittiham edib.

Unikal.org İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran xarici işlər naziri nüvə razılaşması haqqında danışıb.

Zərif ABŞ və Avropaya səslənərək bəyan edib ki, razılaşmaya əməl etməməklə bağlı İranı günahlandırmaq olmaz. O qeyd edib ki, razılaşmanı pozan və ona əməl etməyən tərəf İran deyil, ABŞ və Avropanın özüdür.