Ermənistanda təqaüddə olan polis polkovniki, müxalif siyasi fəal Robert Melkonyan həbs olunub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif "VETO" hərəkatının funksioneri olan R.Melkonyan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Daha sonra Ermənistan Polisi faktı təsdiqləyib. Həbsin siyasi motivli olduğu deyilir.