Böyük Britaniya Rusiyaya çağırış ünvanlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çağırış ilhaq edilmiş Ukrayna ərazisi olan Krımda və Rusiya ərazilərində həbs olunmuş 100-dən çox Ukrayna vətəndaşı ilə bağlı olub.
Sözügedən çağırışda Rusiya tərəfindən ukraynalı məhkumların dərhal azadlığa buraxılması tələb edilib.
Qeyd edək ki, sonuncu dəfə 6 Krım tatarı Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.