Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aparıcı müxalif siyasi qüvvələrin birgə təşkilatçılığı ilə keçirilən aksiya izdihamlı olsa da, şaxtalı və qarlı hava arzuolunan miqyasda iştirakı əngəlləyib.

İrəvanın "Azatutyun" meydanında keçirilən mitinqdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib. Müxalifət liderləri çıxış edib. Polisin aksiyaya müdaxilə etdiyi bildirilir.

Hazırda etiraz aksiyası davam edir.