Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda mebel fabrikində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, Bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, hadisə buxar qazanının partlaması nəticəsində baş verib.

Yaxınlıqdakı xəstəxanalara yerləşdirilən yaralananlardan dördünün vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri araşdırılır.