Rusiyanın Norilsk şəhərində yerləşən fabriklərdən birində qəza baş verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı hələ məlum deyil.

Qəzanın nəticələrinin aradan qaldırılması və yaralıların xəstəxanaya çatdırılması, eləcə də insanların təxliyəsi işlərinə başlanılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.