Böyük Britaniyada son sutka ərzində 10 406 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 105 675 nəfərə çatıb.

Unikal.org-un Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 445 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 120 365 nəfərə çatıb.