ABŞ-ın Luiziana ştatında atışma olub.
Unikal.org
xəbər verir ki, bu barədə "Foxnews" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Yeni Orlean şəhərində qeydə alınıb. Atışma zamanı azı üç nəfər həlak olub. Ölənlərdən biri hadisəni törədən şəxsdir. İnsident zamanı habelə daha 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Telekanal bildirib ki, hadisə silah mağazasında baş verib. Əraziyə polis əməkdaşları gəlib.