Smartfon, qulaqlıq, noutbuk, məişət texnikası kimi bir çox məhsulları istehsal edən "Xiaomi" yeni sektora girməyə hazırlaşır. Şirkət öz avtomobilini istehsal etmək istəyir.
Unikal.org xəbər verir ki, şirkətin bu addımı strateji qərar kimi qiymətləndirirlər. Eyni zamanda bu qərarın zamanla dəyişə biləcəyi vurğulanır.
İddialara görə, "Xiaomi"nin yeni avtomobil layihəsi CEO Lei Junun rəhbərliyi altında həyata keçiriləcək və bununla "Xiaomi" "Tesla"ya rəqib olacaq. Şirkət bu layihəni həyata keçirə bilsə, "Apple Car" ilə avtomobil sənayesinə yeni nəfəs gətirə biləcək.