Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Mardinin Mazıdağı, Derik və Kızıltepe ilçələri ərazisində gerçəkləşdirilib. 3 ilçənin 18 məhəlləsində əməliyyatla bağlı müvəqqəti küçəyə çıxma qadağası elan olunub.

Əməliyyatın ülki əhalinin təhlükəsizliyinə təhdid törədən terrorçuların zərərsizləşdirilməsi, sığınacaqların dağıdılması, silah və ləvazimatların götürülməsi məqsədi ilə keçirildiyi bildirilib.