Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə Soçidəki görüşündə maraqlı anlar yaşanıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş zamanı Lukaşenko Putinin nitqindən qeydlər götürüb. O, dəftərinə Putinin sözlərini yazıb.

Sosial şəbəkələrdə Lukaşenko buna görə gülüş hədəfinə çevrilib. Belə ki, Belarus prezidenti özünü dövlət başçısı kimi yox, Putinin məmuru kimi aparmaqda tənqid olunub.

*****

16:07

Soçidə Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasındakı görüş başlayıb.

Unikal.org "BELTA"ya istinadən xəbər verir ki, görüşdə liderlərin qalstuk taxmaması diqqət çəkib.

*****

10:22

Bu gün Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Unikal.org Belarusun rəsmi dövlət agentliyi olan "BELTA"ya istinadən xəbər verir ki, görüş günün ikinci yarısında baş tutacaq.

Prezidentlərin görüşü Rusiyanın Krasnodar diyarının Soçi şəhərində keçiriləcək.