İspaniya və Fransa sərhədlərində meşə yanğınları başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yanğın İspaniyanın Navarra əyalətində başlayıb. Daha sonra Fransanın İspaniya ilə sərhədyanı bölgələrinə də keçib.
Əraziyə 200-dən çox yanğınsöndürən texnika cəlb olunub. Evakuasiya olunanların mütləq əksəriyyəti turistlərdir. Yanğın nəticəsində ölkələrin meşə fonduna nə qədər ziyan dəydiyi hesablanır.