Türkiyədə 14 İŞİD terrorçusu saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, paytaxt Ankara şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində 14 terrorçu həbs olunub. Saxlanılanların hamısı əcnəbi vətəndaşlardır. Daha 7 şübhəlinin axtarışları davam etdirilir.