Ermənistanda yerləşən Rusiya hərbi bazasının dislokasiya edilməsi müzakirə olunur.
Unikal.org xəbər verir ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan "RİA Novosti"yə müsahibə verib. Belə ki, Gümrüdəki 102 saylı hərbi bazanın bir hissəsi yeni əraziyə köçürülə bilər.
Qeyd edilib ki, Vaqarşak Arutunyan hərbi bazanın inkişaf etdirilməsində və potensialının genişləndirilməsində maraqlı olduqlarını, lakin Ermənistanın başqa bir ərazisində yeni Rusiya hərbi bazasının yaradılmasına ehtiyac olmadığını bildirib.