Ukrayna "Novavax" şirkətindən koronavirusa qarşı vaksin alacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şirkətlə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Ukrayna "Novavax"dan ilkin mərhələdə 15 milyon dozalıq vaksin tədarük edəcək. Vaksinlərin Ukraynaya çatdırılması işləri iyul ayında həyata keçiriləcək.