Belarusda 16 yaşlı Nikita Zalatarov 5 il azadlıqdan məhrum edilib.
Unikal.org Belarus KİV-ə istinadən xəbər verir ki, yeniyetmənin tutulmasına səbəb etiraz aksiyalarına qatılmasıdır.
16 yaşlı N.Zalatarovla yanaşı, 25 və 28 yaşlı daha 2 aksiyaçı məhkəmə qarşısına çıxarılıb. Onlar kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham ediliblər. Nəticədə N.Zalatarov 5 il, digərləri isə 6 il və 8 il azadlıqdan məhrum edilib.