İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın İran siyasəti haqqında danışıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Xətibzadə Baydenin İran siyasəti barədə qərar verməli olduğunu bəyan edib.
"Co Bayden İranla bağlı qərar verməlidir. ABŞ-ın yeni İran siyasəti bəlli olmalıdır. Əgər Bayden Trampın xəttini davam etdirsə, onun kimi uğursuzluqla qarşılaşacaq", - deyə Xətibzadə söyləyib.