Türkiyənin Balıqkəsir ərazisində yerləşən 700 illik tarixi qala gənc qadına miras qalıb.
Unikal.org xəbər verir ki, Osmanlı dövründə Trabzonun valisi olan böyük babası Ömer Paşadan qalan qala vəsiyyətnaməyə əsasən, həmin nəsildən olan nəvəsinə miras kimi verilib.
700 illik qalaya sahib olmasından məmnun olduğunu ifadə edən Şefika Seray adlı gənc qadın, "İmkansız insanlara yardım və xeyriyyə cəmiyyətlərinin təşkil olunması məqsədilə qalandan istifadə edəcəyəm",- deyə qeyd edib.