Türkiyənin ilk yerli və milli “Bayraktar TB2” PUA-sı 300 min uçuş saatını uğurla tamamlayaraq rekorda imza atıb .
Unikal.org xəbər verir ki, bu barədə "Anadolu" agentliyi “Baykar” şirkətinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, “Bayraktar TB2” PUA-ları 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib. Hazırda Türkiyə, Ukrayna, Azərbaycan və Qətər ordularında 160 “Bayraktar TB2” PUA-sı xidmət aparır.
Bildirilib ki, “Bayraktar TB2” PUA-ları qardaş ölkə Azərbaycanın 30 ilə yaxın işğalda olan Qarabağ bölgəsinin azad edilməsində mühüm rol oynayıb:
“Azərbaycanın 27 sentyabr 2020-ci ildə işğalı altındakı Dağlıq Qarabağda başlatdığı əks-hücum əməliyyatı 44 gün sonra, 10 noyabr 2020-ci ildə işğala son qoyulmaqla tamamlandı. Azərbaycan Ordusu Qarabağda nəzarəti ələ aldı.
Döyüşlər zamanı Azərbaycan Ordusu “Baykar” tərəfindən milli və xüsusi olaraq inkişaf etdirilən “Bayraktar TB2” PUA-sını bütün cəbhədə istifadə etdi. Hərbi ekspertlərin araşdırmalarına görə, “Bayraktar TB2” PUA-sı Ermənistan ordusuna məxsus bir çox hava hücumundan müdafiə sistemlərini, radar sistemlərini, tankları, zirehli texnikaları, yük maşınlarını, cəbhəxanaları, istehkam qurğularını məhv edib. Azərbaycan Ordusunun dünyanı heyrətə salan bu uğuru dünya mediası və ekspertlər tərəfindən türk PUA-larının hərb tarixini dəyişdirəcək gücə çevrildiyi kimi şərh olundu".