Xəbər verdiyimiz kimi, bu gün Soçi şəhərində Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Unikal.org xəbər verir ki, Belarusun rəsmi dövlət agentliyi olan "BELTA" Lukaşenkonun Putinin gəlişini gözləyərkən görüntülərini yayıb.
Qeyd edək ki, tərəflər ikitərəfli münasibətləri, hərbi təhlükəsizlik, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, regional və qlobal məsələləri müzakirə edəcəklər.