ABŞ-ın Texas ştatında donaraq ölən 11 yaşlı Xristian Pinedanın ailəsi elektrik şirkətini məhkəməyə verib.
Unikal.org xəbər verir ki, ştatda qar çovğununun yaratdığı soyuq hava həyatı iflic edib. Enerji qaynaqlarının zədələndiyi vəziyyətdə milyonlarla insanın elektrik və istilikdən məhrum qalıb.
Belə ki, evində soyuqdan ölənlərin sayı 38-ə çatıb. Onlardan biri də 11 yaşlı Xristianadır. Onun ailəsi övladlarının ölümünə səbəb olan Elektrik şirkətini məhkəməyə verərək, 100 milyon təzminat istəyib.