Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi, keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyana cinayət işi açılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, buna səbəb Manukyanın 20 fevraldakı çıxışı olub.

Belə ki, V.Manukyan çıxışında hakimiyyəti güc yolu ilə ələ keçirməyə hazırlaşmaq barədə çağırış etmişdi. Faktla bağlı qeyri-qanuni və zorakı yolla hakimiyyəti ələ keçirməyə kütləvi çağırış, ölkənin konstitusion quruluşuna qarşı çıxmaq ittihamları ilə cinayət işi başladılıb. Hazırda araşdırmalar davam etdirilir.