"Clubhouse" sosial şəbəkəsi bəzi istifadəçilərin söhbətlərinin şəbəkəyə “sızdığını” etiraf etdi. Sözügedən şəbəkə nümayəndələri artıq haker hücumunun qarşısını aldıqlarını bildiriblər.
Unikal.org xəbər verir ki, ötən həftə sonu "Clubhouse" komandası hakerlər tərəfindən hücuma məruz qaldıqlarını bildiriblər.
Təcavüzkarın "bir neçə otaqdan" üçüncü tərəf saytına danışıq yazılarını yönləndirdiyi qeyd olunur. “Hacker” birdəfəlik əngəllənib. Sosial şəbəkə nümayəndələri bu kimi halın gələcəkdə də baş verməməsi üçün qoruyucu tədbirlər gördüyünü bildiriblər.