Əməkdar artist Gövhər Rzayeva həyat yoldaşı ilə bağlı qalmaqallı açıqlama verib.
Unikal.org xəbər verir ki, qarmon ifaçısı "Onun sirri" verilişində ayrıldığı əri haqda faktlar açıqlayıb:
"7 ay nişanlı qaldım. Toy etdik. İkimiz də başqa mühitlərdə böyüyən insanlar idik. Bizə bir beş il lazımdır ki, bir-birimizin xasiyyətinə uyğunlaşaq. Başqa mühitdə böyüyənləri bir evə salanda necə olar? Pul qazanan insan idim, deyirdim, heç kimə ehtiyacım yoxdur. Evimizdə hər gün dava idi.
Evlənəndən sonra işə də getmədi. Fikirləşdim ki, ailəyik, biri qazananda, biri qazanmaz. Ona deyirdim ki, mən qazanıb gətirirəm, sən də evdən muğayat ol. Amma bu adam başqa cür idi. Onun əlindən boğaza yığılmışam. Mən toya, pul gətirməyə gedirəm, bəs sən gecə 2-də, 3-də haradan gəlirsən? 28 il ona dözdüm. Ona deyirdim ki, anamın sayəsində kişi olmusan. Yoxsa 1 gün səninlə qalmazdım. Toyumuzdan 1 həftə sonra anama dedim ki, bu məni incidir. Anam dedi ki, sənətkar adamsan, adın pis çıxar. Deyərlər ki, qızında nə vardı ki, 2 həftədən sonra qaytardılar evinə? Olmaz qızım, get otur, birtəhər yola ver".