Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterriş Myanmada çevrilişlə hakimiyyətə gəlmiş hərbi xuntaya çağırış ünvanlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş katib xunta rejimini xalqın iradəsinə sayğı duymağa çağırıb.

"Son seçkilərdə ifadə olunmuş xalqın iradəsinə sayğı göstərin. Həmçinin saxlanılan hamını azad edin!", - deyə A.Quterriş bəyan edib.