Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbilə yürüş keçirilir.
Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Etiraz yürüşü "Vətənin xilası" hərəkatı tərəfindən təşkil olunub.
Hazırda etirazçılar paytaxtın mərkəzi meydanına doğru hərəkət edirlər. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.