Türkiyədə illər əvvəl olmuş hadisənin üstü açılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə Muğlanın Fethiye mahalına 7 aylıq hamilə yoldaşının ölümündə təqsirləndirilən Hakan Aysal saxlanılıb.
Belə ki, o, həyat yoldaşı Səmra Aysalın ehtiyatsızlıq üzündən qayalıq ərazidən yıxılaraq öldüyünü bildirib. Hadisə ilə bağlı tibbi ekspertiza rəy bildirərək, qadının yıxılaraq öldüyünü təsdiqləyib. Bununla da hadisənin üstü örtülüb.
Lakin 3 ildən sonra gərçəklər ortaya çıxıb. Ər 7 aylıq hamilə yoldaşının sərvətini ələ keçirmək üçün qayalıq əraziyə apararaq onu hündür ərazidən atıb. Polislərə ilkin ifadəsində isə qadının ayağının sürüşdüyünü və bu səbəbdən dünyasını dəyişdiyini qeyd edib.
Hakan illər ərzində arvadının sahib olduğu sərvətini ələ keçirərək, lüks otellərdə və restoranlarda xərcləyib. Heç bir işi olmadan sərvət xərcləyən Hakan polis tərəfindən dindirilib. Polislər Hakanla bağlı araşdırma aparıb. İllər əvvəl olunmuş hadisənin baş verməsində onun şübhəli olduğu ortaya çıxıb.
Daha sonra qatil ər cinayəti etiraf edib. Görüntülər əldə edən polislər onun barəsində həbs qətimkan tədbiri seçib.