Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Akopyan məğlubiyyətlərinin səbəblərindən danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, "İravunk" qəzetinə müsahibə verən erməni general Paşinyanı zəif idarəçilikdə suçlayıb.

"Deyim ki, "pandora qutusu" Şuşada dəfn olundu. Məğlubiyyətin səbəblərinə gəlincə, müharibənin ilk günündən etibarən Azərbaycanın hədəfi Şuşa idi. Qarabağdakı müharibədədə məğlubiyyətin əsas səbəbi zəif təşkilatçılıq və zəif rəhbərlikdir. Paşinyan yaxşı idarə edə bilmədi. Ermənistan ordusunun ilk problemi isə hava müdafiəsi ilə bağlıdır", - deyə hərbçi bəyan edib.