"Barselona"da prezident seçkilərinin nəticəsi açıqlanıb.
Unikal.org xəbər verir ki, Xuan Laporta Katalon təmsilçisinin yeni prezidenti olub. Bu barədə "Barselona"nın rəsmi "tvitter" hesanı təbrik paylaşımı edib.
58,3 % səslə Viktor Font və Toni Freyşanı üstələyən Laporta ikinci dəfə klubun başqanı seçilib. Seçkilərdə Viktor Font 31,3 %, Toni Freyşa isə 9,3 % səs yığıb.
Qeyd edək ki, Joan Laporta 2003-2010-cu illərdə "Barsa"nın prezidenti olmuşdu.