Xəbər verdiyimiz kimi, səhhəti pisləşən Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya aparılıb.

Unikal.org xəbər verir ki, müğənni "Elgizlə izlə" proqramına açıqlama verib. O bildirib ki, özünü yaxşı hiss etmir:

"Heç nə yemək istəmirəm. Dərman atdıqca iştahım gedir. Yayda mənə bir həkim dərmanlar yazmışdı, onları qəbul etdikcə mədəm yanırdı. Xəstəliyin son həddindəyəm. Məni yeməmək yıxır".

***16:25

Əməkdar artist Zöhrə Abdullayeva səhhətində yaranan problemlərdən söhbət açıb. 

Unikal.org xəbər verir ki, sənətçi bu barədə "Elgizlə izlə" proqramına danışıb. Uzun müddətdir efirlərdə görünməyən Əməkdar artist revmatizmdən əziyyət çəkir. 

 “Oynaqlarım fəaliyyətini dayandırıb. Biləyim, dizim o dərəcədə ağrayır ki, ürəyim bulanır. Xəstəyəm, 30 kilo arıqlamışam”, -deyə Z. Abdullayeva bildirib.