44 ildir toyda oxuyuram. İldə 150 toya gedərdim. Heç vaxt korluq çəkməmişəm.
Unikal.org xəbər verir ki, bu barədə Əməkdar artist Yusif Mustafayev "Günün sədası" proqramında söhbət açıb. İfaçı dəvət aldığı toy sahibləri ilə qonoror barəsində danışmadığı bildirib:
"Elə bilirlər ki, mənim milyonlarım var. Amma heç nəyim yoxdur. tək milyonum canımın sağlığıdır. Məndən toy qiyməti soruşanda qonorar demirəm. Deyirəm ki, nə versən, min bərəkət. O, qiymət deməkdən daha yaxşıdır. Bir dəfə yanımda bir müğənniyə zəng etdilər, 6500 manat istədi. Qızına zəng etdi ki, gətirməyim, bahadır. Amma məcbur danışdı. Məndən soruşanda isə cavab verdim ki, nə olacaq, Allah bərəkət versin. Qayıtdı ki, sən uddun. Bu adam dostlarına deyib ki, toyda həmin müğənniyə bir manat xərclənməsin, hər şey Yusifə edilsin. Ürəyimdə tutduğum məbləğin dörd qatını yığdım. Axırda bir paket verdilər ki, Bakıda götürəcəklər. Yolda zəng vurdular ki, paket sənindir. Açdım ki, o məbləğ də ürəyimdə tutduğumdan çoxdur. Mənə bir maşın bağışlayıblar ki... Bir zənglə getdim, kağıza qol çəkib, 110 min dollarlıq avtomobili bir manatsız götürdüm. Hamısı etdiyim gözütoxluğa görədir".