Dünyaca məşhur  hollivud ulduzu Ancelina Coli arıçı qadınların mühafizəkar anası olacaq.

Unikal.org xəbər verir ki,  bunun üçün aktrisa “2021-ci il arıçı qadınlar” proqramına qoşulub. Layihəyə Fransanın Provans bölgəsində iyunda start veriləcək.

Növbəti 5 il ərzində həyata keçiriləcək proqramda məqsəd, arıçı qadınlara təlimlər təşkil edərək onları daha inkişaf etdirmək, eyni zamanda 125 milyon arı artırmaqdır.