Müğənni İlhamə Qasımova şəxsi həyatı ilə bağlı etiraf edib.
Unikal.org xəbər verir ki, ifaçı bu barədə "ABC 24"ə müsahibəsində söhbət açıb.
O, uzun müddətdir gündəmdən düşməyən həyat yoldaşı ilə ayrılması məlumatlarına son qoyub.
"Ailə həyatım 4 il əvvəl bitib. Şayiələr yayıldı ki, boşanıb. Dedim, ayıbdır, sabah biləndə xəcalət çəkəcəksiniz. Verilişlərdə bu haqda çox suallar verildi. Məcbur açıqlayıram. Xəstəliklə əlaqədar dünyasını dəyişdi. Səhnədən uzaqlaşdım, Amerikaya getdim. Çox pis idim, depressiyaya düşdüm. Dərmanlar içirdim".