Xəbər verdiyimiz kimi,  türkiyəli  sənətçi İbrahim Tatlısesin “İbo show” adlı proqramının bağlanacağı iddia edilib. 

Unikal.org xəbər verir ki,  bundan sonra  “Star” telekanalı verilişi 16 bölüm uzadıb. Kanal sənətçiyə 750 min TL (təxminən 170 min manat) dəyərində olan “Jeep” markalı avtomobil də hədiyyə edib.

Qeyd edək ki, verilişin reytinqlərdə xeyli geriləməsi səbəbindən bağlanacağı deyilirdi.