Müğənni Afət Fərmanqızına ARB kanalında yayımlanan "Həmin Zaur" proqramında "Sığmazam" mahnısını oxumağa icazə verilməyib.

Unikal.org  xəbər verir ki, verilişə gələn ifaçıya ARB TV qadağa qoyub. Bu barədə aparıcı Zaur Kamal açıqlama verib.

Bildirək ki, Afət Fərmanqızı İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxumuş və qalmaqala səbəb olmuşdu.