Dünyaca tanınmış  hollivud ulduzu Tom Kruz Amerikanın Kolorado ştatındakı malikanəsini satışa çıxarıb.

Unikal.org xəbər verir ki, ümumi sahəsi 11 512 kvadratmetr olan malikanə Tellurayd şəhərində yerləşir. Belə ki, yeddi yataq və 9 vanna otağı olan evin interyeri təbii ağacdan hazırlanıb.

Aktyor dağlara və təbiətə gözəl mənzərəsi olan ev üçün 39,5 milyon dollar (təxminən 67 milyon 150 min manat) tələb edir.