Məşhur müğənni Rihanna moda sənayesindəki fəaliyyətini davam etdirmək qərarına gəlib.
Unikal.org xəbər verir ki, sənətçi bu dəfə saç üçün kosmetika və aksessuarların satışı ilə məşğul olacaq "Fenty Hair" brendinin qeydiyyatına görə müraciət edib.
Brendin daxilindəki çeşidlər, qiymətləri və başlanğıc tarixi ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, müğənni 2019-cu ilin yazında "LVMH" şirkəti ilə qurduğu "Fenty" moda markasını bir müddət əvvəl bağlamışdı.