Xalq artisti Naibə Allahverdiyeva “ATV maqazin onlarla” proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, o, proqram boyunca həyatı ilə bağlı bir sıra açıqlamalar verib. Belə ki, sənətçi, aparıcı Ruslan Ağayevin “Necə olub ki, doğma ananızı 12 yaşında tanımısınız” sualına belə cavab verib:
“Atam anamdan ayrılmışdı. O, vaxtlar atamı çox sevirdi. Ona dəli kimi aşiq idi. Anam atamı 25 il gözlədi. Lakin xəstəliyə düçar olduğuna görə bizi atama verib. Atam da bacımı yanında saxladı. Məni də bibimə verdilər. Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, o mənim anamdır. O qədər gözəl idi ki, gözəlliyinə vurulmuşdum. İldə bir iki dəfə yanıma gəlirdi. Gələndə mənə yemək bişirirdi, paltarlar alırdı. Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, görəsən niyə bu qadına qarşı içimdə qəribə duyğu var? Elə bil anam olduğunu hiss edirdim. Ona qarşı içimdə həm sevgi, həm də nifrət var idi. Sual verirdi ki, məni çox istəyirsən? Deyirdim ki, yox. Sonra 12 yaşım olanda onun anam olduğunu dedilər. Həyat elə gətirdi ki, anamın yanına getdim. Amma bibimi çox sevirəm. Çünki məni o, böyüdüb. Onu anam bilirdim. Hələ də bibimi unutmamışam”.