Dünyaca məşhur gənc müğənni Castin Biber mobil telefonu olmadığını açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bunu “Billboard”a verdiyi müsahibəsi zamanı deyib.

Biber bəzi insanların onunla əlaqə saxlaması üçün telefon yerinə "iPad"dan istifadə edir. Castinin belə etməsinə səbəb, ətrafındakı böyük insan kütləsindən qurtulmaq istəməsi olub.