Məşhur amerikalı müğənni Beyons 28-ci dəfə “Qremmi” mükafatına layiq görülüb.

Unikal.org xəbər verir ki, bununla da sənətçi bu mükafatı 27 dəfə qazanan amerikalı müğənni Elison Krausu geridə qoyaraq birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən “Qremmi” dünyanın ən prestijli musiqi mükafatlarından biri sayılır.