Xalq artisti Könül Xasıyeva "Həmin Zaur" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, xanəndə proqramda ağır xəstəliyindən danışıb. Belə ki, sənətçi xəstəlik səbəbilə saçlarının və dişlərinin töküldüyünü söyləyib:
"Zəlzələdən sonra qorxdum, xəstəlik tapdım. Xəstəliklə bağlı dişlərim, saçlarım eyni anda töküldü. 2 saatın içində 4 dişim düşdü sinəmə. Elə anlarım olub ki, bir otağa girmişəm, 1 həftə sonra çıxmışam. Elə bilmişəm ki, indi girmişəm. Elə ağır xəstəliyim var idi. Bəziləri deyir stresdəyəm, gedim dağa gəlim keçsin. Yox, stress başqadır. Sizinki ruh yorğunluğudur. 21 ildir mənim bu stresim keçmir".