Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı ilə görüşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Qazaxıstanın xarici işlər naziri və baş nazirin müavini Muxtar Tilauberdi Türkiyəyə rəsmi səfəri çərçivəsində gerçəkləşdirilib.

Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub. Daha sonra birgə mətbuat konfransı keçirilib.