Ermənistan hökuməti Onik Qasparyanla bağlı bəyanat yayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin Qasparyanla bağlı qərarından sonra hökumət bəyanat verib.
"Onik Qasparyan baş qərargah rəisi kimi işdən çıxarılıb. Yeni rəisin təyin olunması ilə bağlı proses gedir", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, məhkəmə Onik Qasparyanın vəzifəsində saxlanması ilə bağlı qərar çıxarıb.