Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorla mübarizə tədbirləri ilə bağlı danışıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir statistik rəqəmlər açıqlayıb.
"2021-ci il başlayandan bəri 26 terror cəhdinin qarşısını almışıq", - deyə Soylu bəyan edib.
Nazir vurğulayıb ki, terrorçuluqla mübarizə ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.