Rusiyada son sutka ərzində koronavirusa 9803 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 428 239 nəfərə çatıb.

Rusiyada son bir gündə 460 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 93 824 nəfərdir. İndiyədək 4 037 036 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.