Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Əminə Məhəmməd, "2030 Gündəm Hədəfləri və Su ilə əlaqəli Məqsədlərin həyata keçirilməsi" mövzusunda  iclasda çıxış edib. 

Unikal.org xəbər verir ki,  Məhəmməd dünyadakı iqlim dəyişikliyi, biomüxtəliflik itkisi və çirklənmə təhdidlərinin su çatışmazlığını artıracağına dair xəbərdarlıq edərək, 2040-cı ilədək 18 yaşınadək hər 4 uşaqdan birinin su qıtlığı olan bölgələrdə yaşayacağını, təxminən 600 milyona bərabər olduğunu vurğulayıb.  

3 milyard insan su ehtiyatlarından məhrumdur

Koronavirus epidemiyasının yeni növünün xəstəliklərə qarşı mübarizədə suyun və kanalizasiyanın əhəmiyyətini xatırladan Məhəmməd, kənd yerlərində və az inkişaf etmiş ölkələrdə 3 milyard insanın hələ də əl yuma vasitələrinin əskik olduğunu söyləyib.  

Əminə Məhəmməd ölkələri su və kanalizasiya əldə etmək üçün davamlı inkişaf hədəflərinə sərmayə qoymağa, iqlim dəyişikliyi ilə əlaqədar tədbirlər görməyə və pandemiya planları çərçivəsində qərar qəbul etməyə çağırıb.