Yaponiyada "Tokai 2" AES fəaliyyətini dayandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən atom elektrik stansiyası ölkənin şimalındakı İbaraki əyalətində yerləşir.

AES-in fəaliyyətini dayandırmasına səbəb isə fövqəladə vəziyyət zamanı üçün nəzərdə tutulmuş regional evakuasiya planlarında qüsurların aşkar olunmasıdır.

Belə ki, AES-də hər hansı qəza baş verərsə, hazırki planla bölgə əhalisinin təxliyəsi lazımi səviyyədə həyata keçirilə bilməz. Buna görə də yeni evakuasiya planının hazırlanması bitənə qədər AES fəaliyyət göstərməyəcək.